Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2024

İsrailin Azərbaycandakı səfiri böyük yalanları ilə Azərbaycan xalqını təhqir edib

Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili işğalçı sionist rejimin Azərbaycandakı səfirinin son açıqlamalarına toxunaraq deyib: “İsrailin Azərbaycandakı səfiri yenidən çıxış edərək deyib, ey Azərbaycan xalqı! Bizim Qəzzada dinc insanlarla işimiz yoxdur, biz ancaq HƏMAS-ı öldürürük!!! O, bu sözləri ilə Azərbaycan xalqına ən iyrənc yalanı deyib. Sionist rejimin bütün yüksək rütbəli rəsmiləri onun sözlərinə zidd olaraq bildiriblər, Netanyahu deyir ki, hətta uşaqlar da qanuni hərbi hədəflərdir! İsrail ordusunun sözçüsü deyir ki, hücumların məqsədi maksimum məhv etməkdir, hücumlarda dəqiqlik yox! İsrail prezidenti bildirib ki, Qəzzada günahsız dinc sakin yoxdur, bütün Qəzza əhalisi günahkardır və hərbçilərlə mülki şəxslər arasında heç bir fərq yoxdur!”

O, əlavə edib: “İsrail indiyədək 13 min uşağı öldürüb. İndi isə bu yalançı səfir deyir ki, biz Qəzzada HƏMAS-ı öldürürük, dinc insanları yox! 7000-dən çox qadın həyatını itirib, indi bu murdar səfir deyir ki, biz Qəzzada HƏMAS-la vuruşuruq, dinc insanlarla yox! O, bu böyük yalanlarla Azərbaycan xalqını təhqir edib. Azərbaycanda bir kəs yoxdurmu ki, bu yalançının bizim ölkəmizdə nə etdiyini desin? Bir kəs yoxdurmu onun cavabını versin? Haradan əminlik alıb ki, Azərbaycan xalqına belə böyük yalanlar sırıyır?”


1888 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.25, 13:33
Ağsu sakini intihar etdi
20.01.25, 07:10
Qanlı yanvar: 35 il ötdü
16.01.25, 09:24
ƏSGƏR İNTİHAR ETDİ
Go to TOP