Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2024

Rusiya Xarkovda yanacaq məntəqəsini vurdu: 14 bina yandı

Fevralın 10-na keçən gecə rus qoşunları Xarkova hücum edib.

Rusiya ordusunun kamikadze pilotsuz uçuş aparatları ilə yanacaqdoldurma məntəqəsinə endirdiyi zərbə nəticəsində böyük yanğın baş verib. Yanacağın ətrafa dağılması isə yanğının 14 yaşayış binasına keçməsinə səbəb olub.

Ukrayna mediası baş verən yanğın nəticəsində üçü uşaq olmaqla 7 nəfərin öldüyünü yazıb. Ölənlərin sayının artacağı bildirilir.

Hazırda yanğınların söndürülməsi istiqamətində işlər aparılır. Qurbanların sayının arta biləcəyi bildirilir.


1056 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP