Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2024

Rəisi: Bu gün Fələstinlə bağlı susanlar sabah sərt sillə alacaqlar

Prezident Qəzzada müharibənin davam etməsinə toxunaraq dedi: “Hazırkı müharibə şər cəbhəsi ilə şərəf cəbhəsinin qarşıdurmasıdır. Cəbhənin bir tərəfində amerikalılardan getdikcə daha güclü silahlar və bombalar gözləyən ordu, o biri tərəfində isə bir tikə çörək gözləyən uşaqlardır.”

Prezident Ayətullah Seyid İbrahim Rəisi bu gün (şənbə) Qaz İxracatçısı Ölkələrinin Forumu (GECF) Rəhbərlərinin 7-ci sammitindəki çıxışında əvvəlcə İslam dünyasının və bəşəriyyətin mühüm məsələsi olan Fələstin haqqında danışmaq istədiyimi bildirərək dedi: “Müstəmləkəçilik əsasında formalaşan qərb hökmranlıq sistemi bu gün həmişəkindən daha zəif və mənasız olub, öz mövcudluğunu qoruyub saxlamağı dominant və hakim yanaşmanı davam etdirməkdə görür.”

Prezident əlavə etdi: “Bir sıra xalqlar qeyrətli Əlcəzair xalqı kimi müqavimət və bir milyon şəhid verməklə özünü ağır yükün altından xilas edə bildilər, lakin bu yükün ağırlığı hələ də bəzi xalqların, o cümlədən məzlum Fələstin xalqının çiynində hiss olunur.”

Prezident vurğuladı: “Şübhə yoxdur ki, sionist rejimin yaradılması bizim regionda Qərbin hökmranlığını və təsirini saxlamaq üçün müstəmləkəçilik layihəsi idi. Fələstin xalqının müqaviməti sayəsində bu şüşə kazarmanın sütunlarının uçduğu, bədəninə düzəlməz zərbələr endirildiyi hazırkı vaxtda o məzlum və qüdrətli xalqa hər cür dəstək vermək hər kəsə vacibdir.”

Rəisi dedi: “Cəbhənin bir tərəfində amerikalılardan getdikcə daha güclü silahlar və bombalar gözləyən ordu, o biri tərəfində isə bir tikə çörək gözləyən uşaqlardır.”

BMT Nizamnaməsinə əsasən sülh və təhlükəsizliyin təminatçısı kimi təqdim edilən BMT Təhlükəsizlik Şurasının ABŞ-ın sionist rejimin müharibə maşınına amansız dəstəyi səbəbindən Qəzzada atəşkəs əldə etməyə aciz qaldığını bəyan edən Prezident dedi: “Əgər Amerika həqiqətən də müharibənin genişlənməsini istəmirsə, yalan və ikiüzlülükdən əl çəkməlidir, fələstinliləri qətliam etmək üçün silah və bomba göndərməyi dayandırmalıdır.”

Prezident dedi: “Latın Amerikasından tutmuş Afrika və Avropaya qədər dünyanın hər yerindən Qəzzanın məzlum xalqı naminə ədalət hayqırtıları ucalır. Yemək almaq üçün toplaşan, lakin İsrail terrorçu ordusunun qəsdən hücumları nəticəsində qanına qəltan edilən onlarla məzlum və ac insanın qətliam edilməsi dözülməzdir və çəkindirici və beynəlxalq yanaşma tələb edir.”/irna/


912 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP