Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2024

Rəisi: Sionist rejimlə iqtisadi əlaqələr ona maliyyə dəstəyi deməkdir

Prezident bəzi İslam ölkələrinin sionist rejimin cinayətkarlığı qarşısında hərəkətsizliyini tənqid edərək deyib: “İslam Əməkdaşlıq Təşkilatının Ər-Riyadda keçirilən fövqəladə iclasından indiyədək sionistlərin Qəzzada törətdiyi cinayətlərin dayandırılması üçün heç bir təsirli addım atılmayıb və bəzi region hökumətlərinin sionist rejimlə iqtisadi əlaqələri hələ də davam edir.”

Ayətullah Seyid İbrahim Rəisi şənbə günü Əlcəzairin ev sahibliyi ilə keçirilən Qaz İxracatçısı Ölkələrinin Forumu (GECF) başçılarının 7-ci sammiti çərçivəsində Qətər Əmiri Şeyx Təmim bin Həməd bin Xəlifə Al-Sani ilə görüşdə iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə xarakterizə edib, iki ölkə arasında əldə edilmiş razılaşmaların ən qısa zamanda həyata keçirilməsini vurğulayıb, bunu Tehran-Doha əlaqələrinin daha da inkişaf etdirilməsi üçün zəruri hesab edib.

Prezident sionist rejimlə iqtisadi əlaqələri bu rejimə maliyyə dəstəyi hesab edib, bu hökumətlərin hərəkətlərinin silləsinin öz üzlərinə qayıdacağını bəyan edərək deyib: “İslam dünyasındakı bu hadisələr elə bir vəziyyətdə baş verir ki, Amerika və sionist rejim Qəzzada cinayət və soyqırımı davam etdirməklə yanaşı, cinayətlərini davam etdirmək üçün vaxt qazanmağa can atırlar.”


761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP