Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2024

Borel İsraili pislədi

Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsi Qəzza əhalisinin humanitar yardım alarkən sionist rejim ordusu tərəfindən qətliam edilməsini haqq qazandırmaq mümkün olmayan hərəkət adlandırıb, Qəzza zolağına yardım əşyalarının göndərilməsinə bu rejimin qoyduğu məhdudiyyətləri pisləyib.

Cozef Borel şənbə günü bir nüsxəsi Aİ-nin saytında dərc edilmiş bəyanatda “hadisələrin və məsuliyyətlərin aydın mənzərəsini təqdim etmək üçün bu faciəli hadisə ilə bağlı qərəzsiz beynəlxalq araşdırmaya” çağırıb.

O vurğulayıb: “Beynəlxalq hüquqa riayət etmək və mülki şəxslərə humanitar yardımın paylanmasını qorumaq İsrailin məsuliyyətidir. Bu hadisəyə görə məsuliyyət İsrail ordusunun tətbiq etdiyi məhdudiyyətlər və zorakı ekstremistlərin humanitar yardım göstərmək üçün yaratdığı maneələr üzərindədir.”/irna/


812 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP