Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Mart 2024

Tunis Prezidenti: Fələstin məsələsində İranla eyni mövqedəyik

İran Prezidenti tunisli həmkarı ilə görüşündə vurğulayıb: “Sionistlərin cinayətkarlığını dayandırmaq üçün İslam ölkələri bu rejimlə iqtisadi əlaqələrini kəsməlidir.”

Ayətullah Seyid İbrahim Rəisi şənbə günü, 2 martda Əlcəzairin ev sahibliyi ilə keçirilən Qaz İxracatçısı Ölkələrinin Forumu (GECF) başçılarının 7-ci sammiti çərçivəsində Tunis Prezidenti Qeys Səidlə görüşüb. Prezident bu görüşdə İslam ölkələri ilə əlaqələrin inkişafını İran İslam Respublikası hökumətinin prioritetlərindən biri adlandırıb və ölkəmizin elm və texnologiya sahəsində iranlı ekspert və alimlərin təcrübələrini Tunislə bölüşməyə hazır olduğunu bildirib.

Prezident həmçinin Fələstin məsələsi ilə bağlı iki ölkə arasında ortaq baxışı Fələstin xalqının hüquqlarının reallaşdırılması istiqamətində təsirli addımların atılması üçün münasib zəmin kimi qiymətləndirərək deyib: “Qəzzada bugünkü vəziyyət dünyanın hazırkı ədalətsiz quruluşunun nəticəsidir və İran İslam İnqilabının Ali Rəhbəri də İslam ölkələrini sionistlərin cinayətkarlığını dayandırmaq üçün bu rejimlə iqtisadi əlaqələrini kəsməyə çağırıb.”

Bu görüşdə Tunis Prezidenti Qeys Səid Tunisin İran İslam Respublikası ilə əlaqələri inkişaf etdirmək və yaxşılaşdırmaq istədiyini bəyan edərək deyib: “Tunis hökuməti Fələstin məsələsində İran İslam Respublikası ilə eyni mövqedədir.”/irna/


1013 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP