Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2024

Hizbullahın raket hücumlarının yeni mərhələsi - Sionist rejim ordusunun bazasında yanğın

Media mənbələri keçən gün Livan Hizbullah Hərəkatının sionist rejim ordusunun işğal olunmuş ərazilərin şimalındakı mövqelərinə yeni şiddətli raket hücumları barədə məlumat yayıb. Bu hücumlarda sionist rejimin hərbi bazaları və əsgərləri hədəf alınıb.

Sonist rejim mediaları bununla bağlı yaydıqları məlumatda bildiriblər ki, işğal altındakı Fələstinin şimalındakı Əl-Cəlil Ulya bölgəsindəki Muşav Zəriyət qəsəbəsinə bir neçə anti-zireh raket zərbəsi endirilib.

Livan Hizbullah Hərəkatı da yaydığı bəyanatda bildirib: “Barka Rişa bazasında düşmən hərbi komandasını raketlərlə hədəfə aldıq və onlardan bir neçəsini öldürdük və yaraladıq.”

Hizbullahın bəyanatına əsasən, bu hücum həm də Barke Rişa baza avadanlığının məhvinə səbəb olub.

“Əl-Mayadin” telekanalı da bu hücumdan sonra Barke Rişa bazasında baş verən yanğın barədə xəbər verib və bu yanğından yaranan tüstünün görüntüsünü yayıb.

Sionist rejim mətbuatı da bu rejim ordusunun Livan sərhədi yaxınlığındakı Əl-Mənarə, Muskav Amm və Margliyut qəsəbələrində gediş-gəlişi qadağan etdiyini açıqlayıb.


1265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
03.03.25, 08:55
Qusarda odunu 600 manata...
Go to TOP