Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2024

Yüksək inflyasiya, Türkiyə vətəndaşlarının bir nömrəli narahatlığı

Yeni sorğunun nəticələri göstərir ki, Türkiyə vətəndaşları yoxsulluq, sosial bərabərsizlik, cinayət, işsizlik və korrupsiyadan narahatdırlar.
Ipsos qrupunun çərşənbə axşamı yaydığı yeni sorğusunun nəticələri göstərdi ki, Türkiyə əhalisinin böyük əksəriyyəti ölkənin "yanlış istiqamətdə" getdiyinə inanır.

“Turkey Minute” saytının məlumatına görə, bu sorğu 26 yanvar - 9 fevral tarixləri arasında 20 min insanın iştirakı ilə keçirilib və göstərdi ki, Türkiyə əhalisinin 73%-i ölkənin vəziyyətinin “yalnış istiqamətdə” olduğuna inanır, 74% də ölkənin hazırkı iqtisadi vəziyyətini “pis” adlandırıb.
Bu sorğuya görə, inflyasiya 23-cü ay ardıcıl olaraq "bir nömrəli" narahatlıqdır və qlobal orta göstərici 34 faizdir. Türkiyə inflyasiyanı əsas narahat edən ölkələr arasında Argentina (69%), Sinqapur (55%), Kanada (55%) və Avstraliyadan (51%) sonrakı yerdə dayanır.
Türkiyə vətəndaşlarını həmçinin yoxsulluq, sosial bərabərsizlik, cinayət və zorakılıq, işsizlik, maliyyə və siyasi korrupsiya, terrorizm narahat edir.
Bazar ertəsi yayılan rəsmi statistikaya əsasən, Türkiyədə illik inflyasiya fevral ayında yenidən artıb.
Mart ayında keçiriləcək yerli seçkilər ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti üçün inflyasiya aktual problem olaraq qalır.
Hakim Ədalət və İnkişaf Partiyası böyük şəhərlərə, o cümlədən İstanbul və bu ölkənin paytaxtı Ankaraya nəzarəti ələ keçirməyə çalışır.


1270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP