Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2024

“Pars 1” İran tərəfindən hazırlanmış ən mürəkkəb peykdir

İranın Rabitə naziri jurnalistlərə müsahibəsində deyib: “Pars 1 peyki ötən həftə uğurla orbitə çıxarıldı. Bu peyk bizim hazırladığımız ən mürəkkəb peykdir.”

Rabitə naziri İsa Zarepur hökumət nümayəndə heyətinin iclası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib: “İslami Şura Məclisi və Rəhbərlik Ekspertlər Məclisinin seçkiləri üçün səsvermə günü rabitə şəbəkəsində böhran yaratmaq məqsədilə 20-dən çox cəhd oldu, lakin bütün bunlar aşkar edilərək aradan qaldırıldı. Hətta bir yerdə fiber-optik kabelə çatmaq üçün yeri bir metr yarım qazmışdılar, amma aşkar edildi və zərərsizləşdirildi.”

İ. Zarepur deyib: “Bir həftə əvvəl Rusiyadan “Soyuz” peykdaşıyıcısı ilə orbitə çıxarılan Pars peyki sensor peyki olaraq 100% yerli istehsaldır. Orbit sınaqları həyata keçirilməkdədir. Peyk alt sistemləri yaxşı işləyir. Bu peykin təsvirlərindən yaxın bir-iki ay ərzində istifadə olunacaq.”

Pars 1-in İranın istehsal etdiyi ən mürəkkəb peyk olduğunu bəyan edən Rabitə naziri deyib: “Peykdən aldığımız siqnallar yaxşıdır. Ümid edirik ki, yaxın iki ay ərzində biz bu tamamilə yerli peykdən ilk görüntüləri ala biləcəyik.”/irna/


744 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP