Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2024

Bab əl-Məndabda Amerika gəmisi məhv edilib; 3 dənizçi itkin düşüb, 4-ü yanıb

"Reuters" xəbər agentliyi bu gün (çərşənbə) məlumatlı mənbələrə istinadən bildirib ki, Bab əl-Məndəbdə hədəf alınan Amerika gəmisinin 3 dənizçisi itkin düşüb, daha 4 dənizçi yanıq xəsarətləri alıb. Reuters hədəfə alınan yük gəmisinin ekipajının gəmini tərk etdiyini bildirib.

Bu gün, günortadan sonra İngiltərə Dəniz Ticarətinin Nəzarət Agentliyi bəyanat yayaraq bir gəmi üçün təhlükəsizlik hadisəsi baş verdiyini açıqlayıb.

Ambrey Dəniz Təhlükəsizliyi Agentliyi də Yəmənin Ədən şəhərinin 57 dəniz mili cənub-qərbində Barbados bayrağı altında üzən Amerika yük gəmisi yaxınlığında partlayış xəbəri aldığını bildirib.

İngiltərə Dəniz Təhlükəsizliyi Agentliyi bəyan edib ki, Barbados bayrağı altında üzən Amerika yük gəmisi öz marşrutundan dönməyə məcbur olub.

Yəmən Ordusunun mətbuat katibi Yəhya Sərii çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, bu ölkənin Silahlı Qüvvələri məzlum Fələstin xalqına dəstək və Vaşinqton və Londonun onların ölkələrinə qarşı təcavüzünə cavab olaraq Qırmızı dənizdə iki Amerika esminesini hədəfə alıb.


818 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP