Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2024

Avropa Şurası Türkiyəni kürdlərə qarşı repressiyalara son qoymağa çağırdı

Avropa Şurası bəyanat yayaraq Türkiyə təhlükəsizlik və məhkəmə qurumları tərəfindən onlarla kürd media və mədəni fəalın həbsinə toxunaraq, bu hərəkətlərə son qoyulmasını tələb edib.

Avropa Şurası bəyan edib ki, türkiyəli kürd fəalların, jurnalistlərin və hüquqşünasların saxlanması bu insanlar üçün düşmənçilik mühiti yaradır və insan haqlarını pozur.

Avropa Şurasının bəyanatında vurğulanır ki, ümumilikdə Türkiyə hökuməti bu ölkədə söz azadlığına mənfi yanaşır və hökumətə qarşı tənqidə dözmür.

Avropa Şurası bildirib ki, Türkiyə rəsmilərinin hökuməti tənqid edən fəallara qarşı neqativ hərəkətləri arasında jurnalistlərin məhkəmə prosesindən əvvəl uzun müddət həbsdə saxlanması, yüz minlərlə internet ünvanının, tənqidi saytların domenlərinin və Twitter-də dərc olunan məzmunun bloklanması var.

Avropa Şurası Türkiyə hökumətinə və bu ölkənin səlahiyyətlilərinə çağırış edərək jurnalistlərə və mədəni fəallara qarşı düşmən münasibəti dəyişməyi, bu insanlar üçün ədalətli mühakimə imkanını təmin etməyi, Avropa İttifaqının günahsız saydığı Osman Kavala və Dəmirtaş kimi fəalları azad etməyi tələb edib.


1332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP