Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2024

Hizbullah bir gündə sionist rejimin 5 bazasına raket zərbəsi endirdi

Livan Hizbullahı bu gün (çərşənbə axşamı) işğal olunmuş Fələstin torpaqlarının şimalında sionist ordusunun beş bazasına raket hücumu edib.

Əl-Cəzirə telekanalının məlumatına görə, Livan Hizbullahı sionist işğalçıların Əl-Cərdah, Cəll əl-Əlam, Hədb Yarin, Zariit və Bərkə Rişadakı hərbi bazalarını raket hücumları ilə hədəfə alıb.

Bu raket hücumundan sonra Livanla sərhədə yaxın Yuxarı Qaliley bölgəsinin əksəriyyətində həyəcan siqnalı çalınıb.

Livan Hizbullahı həmçinin elan edib ki, onun döyüşçüləri işğal olunmuş Fələstinlə sərhəd bölgələrdə sionistlərin PUA-sına atəş açıb, nəticədə sözügedən PUA işğal olunmuş ərazilərə geri çəkilmək məcburiyyətində qalıb./irna/


1032 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP