Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Mart 2024

UNRWA: Fələstinli uşaqların üçdə biri qida tapa bilmir

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyi (UNRWA) Qəzza zolağında iki yaşından kiçik hər üç fələstinli uşaqdan birinin qida tapa bilməməsini açıqlayıb.

Qəzza zolağında fəlakətli humanitar vəziyyətdən narahatlığını ifadə edən bu təşkilat vurğulayıb ki, Qəzzada uşaqlar arasında qeyri-kafi qidalanma sürətlə və görünməmiş şəkildə yayılıb və aclıq bölgəni bürüyüb.

BMT-nin Uşaq Fondu (UNICEF) da bu yaxınlarda verdiyi bəyanatda vurğulayıb: “Qəzza zolağında 1 milyon 700 min köçkün var ki, onlar aclıq təhlükəsi, davam edən təcavüzkar hərəkətlər və sağ qalmaq üçün lazım olan resurs məhdudiyyəti ilə üzləşirlər. Qəzza zolağının şimalında süd tozu olmadığı üçün minlərlə uşaq ciddi təhlükə altındadır.”

UNRWA rəhbəri Filip Lazzarini daha əvvəl Qəzzada müharibə zamanı həlak olan uşaqların sayının dəhşətli olduğunu bildirərək demişdi: “Hətta son dörd ildə dünyada baş verən bütün müharibələr zamanı belə, bu qədər uşaq öldürülməyib.”/irna/


1266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP