Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2024

Sionist rejimin səfirliyi İordaniya xalqının mühasirəsində

Sionist rejimin səfirliyi qəzəblənmiş İordaniya xalqı tərəfindən mühasirəyə alınıb.

Qüds xəbər agentliyinin bildirdiyinə görə, bazar ertəsi axşam saatlarında Təhlükəsizlik Şurası Qəzzə zolağında atəşkəs haqqında qətnaməni təsdiqlədikdən sonra İordaniya əhalisi sionist rejimin Əmmandakı səfirliyini mühasirəyə alıb və Qəzzə zolağına təcavüzün dərhal dayandırılmasını tələb edib.

Əllərində Fələstin bayraqları tutan və səfirliyə girməyə çalışan nümayişçilər sionist rejimlə münasibətlərin normallaşmasına qarşı şüarlar səsləndiriblər.

İordaniya təhlükəsizlik qüvvələri sionist rejimin səfirliyi ətrafında bir neçə nümayişçini həbs edib və aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

İordaniyalı nümayişçilər sionist rejimin İordaniyadakı səfirliyi ətrafında Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydəyə dəstək şüarları səsləndiriblər.

İordaniyanın İrbid şəhərində məzlum Qəzzə xalqına dəstək və sionist rejimin cinayətlərini pisləyən böyük nümayiş keçirilib.

Həmçinin İordaniyanın Əl-Kirk şəhərinin onlarla sakini Qəzzə xalqına dəstək şüarları səsləndirərək sionist rejimin təcavüzünə son qoyulmasını tələb ediblər.


1742 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP