Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2024

Türkiyə bələdiyyələri müxalifət partiyasının əlində - Ərdoğan nakam qaldığını elan etdi

Türkiyədə keçirilən bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının məğlubiyyətindən sonra Türkiyə prezidenti arzuladığı nəticənin əldə olunmamasından təəssüfləndiyini bildirib.

“Əl-Məyadin” telekanalı bazar ertəsi səhər saatlarında Türkiyə bələdiyyə seçkilərində səslərin 90%-nin hesablanması ilə hakim partiyanın (Ədalət və İnkişaf) müxalifət partiyasına (Cümhuriyyət Xalq Partiyası) məğlub olduğunu bildirib.

Əl-Məyadin müxbiri Türkiyədən xəbər verib ki, seçkilərin nəticələri məlum olduqdan sonra Cümhuriyyət Xalq Partiyası artıq Türkiyənin əsas bələdiyyələrinin əksəriyyətinə nəzarəti ələ keçirəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu nəticələrə münasibət bildirərək deyib: “Təəssüf ki, ümid etdiyimiz nəticəni əldə edə bilmədik. Amma yerli seçkilər bizim üçün son deyil, dönüş nöqtəsidir”.

Ərdoğan Türkiyə xalqının iradəsinin seçki qutusunda üzə çıxdığını bəyan edərək bələdiyyə seçkilərinin nəticələrini aydın şəkildə təhlil edəcəklərini deyib.


979 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
20.03.24, 08:23
Bayramınız mübarək
Go to TOP