Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Aprel 2024

Türkiyədə etirazlar şiddətləndi, şəhərə ordu və zirehli texnikalar yeridildi

“Le Monde” qəzetinin bildirdiyinə görə, Türkiyənin Van şəhərində bələdiyyə seçkilərindən sonrakı vəziyyətə etiraz olaraq aksiyalar və gərginlik davam edir.

Yayılmış xəbərlərə əsasən, Van şəhərində Türkiyə ordusuna məxsus avtomobil aksiyası iştirakçıları tərəfindən yandırılıb.

Aksiyaları dağıtmaq üçün şəhərə ordu bölmələri və ağır texnikalar yeridilib, insanlara atəş açılıb və çoxlu sayda insanın repressiv qüvvələr tərəfindən həbs edildiyi bildirilir.

“Reuters”-in yaydığı məlumata görə, Türkiyənin hökumət rəsmiləri çərşənbə axşamı Van şəhərində xalq tərəfindən yeni seçilmiş bələdiyyə sədrinin vəzifəyə başlamasına mane olublar və bu şəhərdə yenidən səsvermənin keçiriləcəyini elan ediblər. Hansı ki, bu bölgədə hakim prezident Rəcəb Tayyib Ərdoğanın partiyasının namizədləri bələdiyyə seçkilərində məğlub olub.

Türkiyədə bələdiyyə seçkiləri başa çatıb və Ədalət və İnkişaf Partiyasının və Ərdoğan hökumətinin iddialarının əksinə olaraq, xalq bir daha hakim partiyanın bələdiyyə sədrlərinə etibar etməkdən imtina edib. Türkiyə əhalisi bu seçkilərdə 77% iştirakla son 20 ilin ən aşağı fəallığını qeyd edib. Bildirilir ki, inflyasiya, yoxsulluq və hökumətin və hakim partiyanın fəaliyyətindən narazılıq iştirakın aşağı olmasının ən mühüm amilləri olub.
Ərdoğanın partiyasının dəstəklədiyi namizədlərin Ankara, İstanbul, İzmir, Antalya, Mersin və bir sıra digər vilayətlərdə ağır məğlubiyyətə uğraması Türkiyənin ən qədim və ya yüz bir yaşı olan Cümhuriyyət Xalq Partiyasının özünü bir daha hakim partiyaya qalib gələrək hakimiyyətə gəlmək iddiası mövqeyində görməsinə səbəb oldu.


1463 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP