Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2024

Ənsarullah lideri: Biz raket və dəniz gücümüzü artırırıq

Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husi deyib: “Düşmənlə mübarizədə yeganə təsirli variant cihad və mübarizədir və bu variantın effektivliyi Livan və Qəzzədə sübuta yetib.”

Əl-Husi müqavimət oxunun liderləri və şəxsiyyətlərinin iştirakı ilə Beynəlxalq Qüds Günü münasibətilə videokonfrans şəklində hal-hazırda keçirilməkdə olan “Qüds Tribunası” konfransında deyib: “Amerika Fələstin xalqına qarşı cinayətlərində sionist rejimin həqiqi tərəfdaşıdır

O, əlavə edib: “İşğalçılar altı aylıq təcavüz və cinayətdən sonra Qəzzədə heç bir məqsədlərinə, hətta formal və nümayişkaranə bir qələbəyə nail ola bilməyiblər.”

“Fələstin xalqına bütün güc və imkanları ilə kömək və dəstək olmaq İslam ümmətinin vəzifəsidir və ölkələrin milli maraqlarına uyğundur, çünki bu döyüş bütün İslam xalqının döyüşüdür.” - deyə, o, bildirib.

“Biz Fələstin xalqını dəstəkləmək üçün raket və dəniz gücümüzü artırmağa çalışırıq” deyən Ənsarullah lideri vurğulayıb: “Bənzərsiz bir qəhrəmanlıq göstərən Fələstin xalqına kömək etmək üçün heç bir səyimizi əsirgəməyəcəyik.”/irna/


1941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP