Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2024

Ukraynaya yardımın müxalifi Slovakiya prezidenti seçilib

Slovakiya parlamentinin sədri, “Səs – Sosial Demokratiya” partiyasının rəhbəri Peter Pelleqrini ölkənin yeni prezidenti seçilib.

Bu barədə Slovakiya televiziyası məlumat yayıb.

Hazırda səslərin 99%-i hesablanıb. Nəticəyə əsasən Pelleqrini 53,55%, onun rəqibi, ölkənin keçmiş xarici işlər naziri İvan Korçok isə 46,44% səs toplayıb.

Korçok artıq məğlubiyyətini etiraf edərək bildirib ki, seçkilər şəffaf keçməyib, ona görə də onların nəticələrindən məyus olub.

Keçmiş xarici işlər naziri Korçok Ukraynaya hərbi yardımın artırılmasının tərəfdarı olsa da, Pelleqrini Kiyevə silah tədarükünü dəstəkləmir.

Slovakiya rəhbərinin səlahiyyət müddəti beş ildir. Ölkə Konstitusiyasına uyğun olaraq, eyni şəxs ardıcıl iki müddətdən çox olmayaraq prezident vəzifəsinə seçilə bilər.

Martın 23-də keçirilən birinci turda namizədlərdən heç biri qalib gəlmək üçün zəruri olan mütləq səs çoxluğunu toplaya bilməyib. Səslərin 100%-i hesablandıqdan sonra Korçok 42,44 faizlə birinci, Pelleqrini 37,07 faizlə ikinci yeri tutub. Yarışda 11,79% səslə keçmiş ədliyyə naziri Stefan Harabin üçüncü olub.


1924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP