Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2024

İranın ballistik raketlərinin ilk partiyasının atılması - İsraildə həyəcan siqnalı çalınıb

İslam İnqilabı Keşikçiləri Korpusu işğal olunmuş ərazilərə və sionist rejimin mövqeləri istiqamətində onlarla PUA və raket atəşi açıldığını bildirib.

Bazar günü gecə İslam İnqilabı Keşikçiləri Korpusu işğal olunmuş ərazilərə və sionist rejimin mövqeləri istiqamətində onlarla PUA və raket atəşi açıldığını bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusunun bildirişində deyilir: Sionist rejimin çoxsaylı cinayətlərinə, o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumuna və ölkəmizin Suriyada bir qrup komandir və hərbi müşavirinin şəhadətinə cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri işğal olunmuş ərazilərdəki xüsusi hədəfləri onlarla raket və PUA atəşinə tutub.

2:14 - Sionist mediası İran tərəfindən hipersonik raket atdığını xəbər verib.

Sionist media İranın hücumlarının ilk mərhələsində İsrailə (rejiminə) qarşı hipersonik raket atdığını bildirib.

2:12 - Misir Hərbi Hava Qüvvələri həyəcan vəziyyətinə gətirildi

İRNA-nın bazar günü gecə Reuters-ə istinadən verdiyi məlumata görə, Misirin hərbi və təhlükəsizlik mənbələri İranın PUA-larının İsrailə hücumu təhlükəsi fonunda ölkənin Hava Hücumundan Müdafiə Sisteminin hazır vəziyyətə gətirildiyini bildirib.

Bu mənbələrin məlumatına görə, Misir Ordusunun Baş Komandanlığı vəziyyəti izləmək və Misirin hava məkanı ilə bağlı lazımi qərarları qəbul etmək üçün bir qrup yaradıb.

İRNA-nın məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu şənbə gecəsi onlarla PUA və raketlə işğal olunmuş ərazilərə və sionist rejimin mövqelərinə zərbələr endirdiyini elan edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun bildirişində deyilir: Sionist rejimin çoxsaylı cinayətlərinə, o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumuna və ölkəmizin Suriyada bir qrup komandir və hərbi müşavirinin şəhadətinə cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri işğal olunmuş ərazilərdəki xüsusi hədəfləri onlarla raket və PUA atəşinə tutub.

İran İslam Respublikasının BMT-dəki nümayəndəsi də açıqlama verib: İranın hərbi hərəkəti sionist rejimin ölkəmizin Dəməşqdəki diplomatik obyektlərinə təcavüzünə cavab olaraq BMT Nizamnaməsinin qanuni müdafiə ilə bağlı 51-ci maddəsinə əsaslanıb.


2563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP