Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2024

İran - Hərbi əməliyyat BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanır

İran İslam Respublikasının BMT-dəki nümayəndə heyəti açıqlama verib: İranın hərbi hərəkəti sionist rejimin ölkəmizin Dəməşqdəki diplomatik obyektlərinə təcavüzünə cavab olaraq BMT Nizamnaməsinin qanuni müdafiə ilə bağlı 51-ci maddəsinə əsaslanır.

İranın BMT-dəki nümayəndə heyəti yerli vaxtla şənbə günü axşamüstü bildirib: İran İslam Respublikasının hərbi əməliyyatı BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanıb və və sionist rejimin ölkəmizin Dəməşqdəki diplomatik obyektlərinə qarşı təcavüzünə cavab olaraq qanuni müdafiəyə əsaslanıb. Məsələni qapalı hesab etmək olar.

İranın BMT-dəki nümayəndə heyəti əlavə etdi: Lakin İsrail rejimi növbəti səhvə yol verərsə, İran İslam Respublikasının cavabı əhəmiyyətli dərəcədə daha sərt olacaq. Bu, İran və yaramaz İsrail rejimi arasında münaqişədir və Amerika ondan uzaq durmalıdır!

İranın BMT-dəki nümayəndə heyəti yerli vaxtla cümə axşamı habelə bildirib: Əgər BMT Təhlükəsizlik Şurası sionist rejimin Dəməşqdəki diplomatik obyektlərimizə hücumunu pisləsəydi və ardınca onun günahkarlarını mühakimə etsəydi, bəlkə də İranın bu yaramaz rejimi cəzalandırması zərurəti yaranmazdı.


2154 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP