Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2024

Pakistanın müdafiə naziri: İrana qarşı hərəkət İsrail üçün ciddi itkilərlə nəticələnəcək

Pakistanın müdafiə naziri Xacə Asif televiziya proqramında sionist rejimin İrana qarşı hər hansı hərəkətinin bu rejim üçün ciddi itkilərlə nəticələnəcəyini bildirib.
O, İranın Dəməşqdəki konsulluğuna hücumda sionist rejimin cinayətinə toxunaraq deyib: “İran səfirliyi İsrail tərəfindən hücuma məruz qalıb və bu hücumda yüksək rütbəli İran hərbi zabitləri şəhid olub. İranın qisas almaq hüququ var idi.”

Pakistanın müdafiə naziri əlavə edib: “İsrailin İran səfirliyinə hücumu açıq şəkildə qanun pozuntusu idi. İran səfirliyinə hücumdan sonra bu ölkənin cavab verəcəyi gözlənilirdi. İran üçün üz verən hadisələr onun Fələstin xalqının yanında olmasına görədir. Bu müharibə bütün dünyaya təsir edəcək. Bu müharibənin atəşi İsraili dəstəkləyən böyük dövlətlərə də tutacaq.”
Onun sözlərinə görə, sionist rejimin Fələstin xalqı əleyhinə müharibəsi Pakistana da təsir edəcək. Pakistan Fələstinin azadlığı üçün dua edir və fələstinlilərə dəstək verir. Biz gərginliyin artmasının tərəfdarı deyilik və Fələstindəki soyqırım dayanmalıdır.
X. Asif Pakistanın sionist rejimi tanımayacağını və Fələstinin yanında dayandığını da vurğulayıb.


2745 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP