Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2024

Ukraynaya göndərməyə "Patriot"umuz yoxdur - ABŞ

ABŞ-da hələ Ukraynaya verilə biləcək pulsuz "Patriot" hava hücumundan müdafiə sistemləri yoxdur.

Bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Amerika Patriot sistemləri hazırda bütün dünyada, o cümlədən Yaxın Şərqdə ABŞ qoşunlarını qorumaq üçün yerləşdirilib. Əgər əlavə Amerika batareyalarını boşalda bilsək, onları (Ukraynaya - red.) göndərəcəyik", - Sallivan söyləyib.

Sallivan əlavə edib ki, ABŞ Avropa və dünyanın digər regionlarındakı tərəfdaşlarını Kiyevi mövcud hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə inandırmaq niyyətindədir.


2039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP