Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2024

İran sionist rejimin Rəfaha hücumunu kəskin pislədi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sionist rejimin Qəzzə zolağının cənubundakı Rəfah sərhəd bölgəsinə hücumunu kəskin pisləyərək deyib: “Rejimin bu hərəkəti müharibəni dayandırmaq üçün beynəlxalq səyləri uğursuz qoymaq və sionist cinayətkarların fərdi və qrup mənafelərini qorumaq niyyəti ilə həyata keçirilib.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sionist işğalçı rejimin Qəzzə zolağının cənubundakı Rəfah sərhəd bölgəsinə hücumunu qətiyyətlə pisləyib.

Kənani bildirib: “Bütün beynəlxalq xəbərdarlıqlara və dünya ictimaiyyətinin kəskin etirazına baxmayaraq, bu bölgəyə hücum, heç bir beynəlxalq normalara əməl etməyən və mütləq beynəlxalq sülh və təhlükəsizliyə əsas təhdid olan yaramaz rejimin qəddarlığını göstərir.”

XİN-nin sözçüsü vurğulayıb: “Daha əvvəl dəfələrlə bildirdiyimiz kimi, bölgədə sülh və təhlükəsizliyin açarı Qəzzə zolağında və İordan çayının qərb sahilində məzlum Fələstin xalqına qarşı müharibənin dərhal və qeyd-şərtsiz dayandırılmasıdır. Bütün beynəlxalq aktorlar bu məqsədlə sionist rejimə təzyiq göstərməlidirlər.”

“Şübhəsiz ki, xüsusilə də Rəfah bölgəsində hazırda davam edən cinayətlərin və axıdılan qanların məsuliyyəti uşaq qatili olan sionist rejim və onun əsas dəstəkçisi olan Amerika hökumətinin üzərinə düşür və bu cinayətkarlar öz cinayətlərinə görə cavab verməlidirlər” - deyə, Kənani əlavə edib.

XİN-nin mətbuat katibi vurğulayıb: “İran İslam Respublikası beynəlxalq hüquq və məhkəmə qurumlarından bir daha istəyir ki, sionist aparteid rejiminin hakimiyyət orqanlarının insanlıq əleyhinə cinayətləri ilə mübarizə prosesini sürətləndirsinlər, onları məhkəmə masasına çəksinlər və cəzalandırsınlar.”/irna/


1332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.05.24, 12:13
Urmiya gölünün xilası
16.05.24, 12:27
Hərbçimiz vəfat etdi
Go to TOP