Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2024

Seyid Həsən Nəsrullah: Ümidimiz Ayətullah Xameneinin müdrik rəhbərliyinədir

Livan Hizbullah Hərəkatının Baş katibi ölkəmizin mərhum Xarici İşlər nazirinin müqavimət hərəkatına dəstək roluna toxunaraq, İslam İnqilabının Ali Rəhbərinin müstəmləkəçi və işğalçı ölkələrə qarşı sərt müharibədə İslam ümmətinə rəhbərlik vəzifələrini öhdəsinə aldığını vurğulayıb.

Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah bu gün, bazar ertəsi Ayətullah Rəisi və yoldaşlarının şəhadəti ilə bağlı İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneiyə başsağlığı verib.

Seyid Həsən Nəsrullah İnqilabın Ali Rəhbərinə müraciətində belə bir həssas mərhələdə bu görkəmli şəxslərin itkisinə görə onunla həmdərdlik etdiyini bildirib.
Hizbullah lideri vurğulayıb: “Bizim və bütün məzlumların, müqavimət qüvvələrinin və mücahidlərin ümidi Zati-alilərinin varlığı və müdrik rəhbərliyinizdir.”

İslam İnqilabının Ali Rəhbərinin müstəmləkəçi və işğalçı ölkələrə qarşı sərt müharibədə İslam ümmətinə rəhbərlik vəzifələrini öhdəsinə aldığını vurğulayan Hizbullah Hərəkatının Baş katibi bildirib: “Hüseyn Əmir Abdullahiyan bütün beynəlxalq dairələrdə müqavimətin müdafiə bayrağının daşıyıcısı idi.”


1294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.10.24, 09:25
Qadın özünü asaraq...
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP