Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2024

Yəmən xalqının Qəzzəyə milyonluq dəstək yürüşündə İrana başsağlığı mesajı

Yəmən xalqı bu cümə günü ölkənin müxtəlif əyalətlərində ardıcıl 32-ci həftə olaraq keçirdikləri Qəzzə xalqı üçün həmrəylik və dəstək yürüşündə Prezident və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında şəhid olması ilə bağlı İslam İnqilabının Ali Rəhbərinə, İran hökuməti və xalqına başsağlığı verib və həmrəyliyini ifadə edib.

Yürüş iştirakçılarının bəyanatında bildirilir: “Ağrılı hadisədə Prezident Ayətullah Seyid İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin şəhadəti ilə əlaqədar İran İslam Respublikasının Ali Rəhbərinə, hökumətinə və xalqına başsağlığı verir və onların kədərinə şərik olduğumuzu bildiririk.”

Bu ölkə xalqı həmçinin Səada, Məarib və Rimə kimi müxtəlif vilayətlərdə “Qəzzənin yanındayıq, cihad davam edir” şüarı ilə nümayiş keçirib.


1014 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP