Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2024

BMT məruzəçisi: İsraili məcbur etməsək, öz dəliliyinə son qoymayacaq

BMT-nin işğal olunmuş Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanze sionist rejimə qarşı sanksiyaların tətbiq edilməsini və BMT-yə üzv ölkələrlə sionist rejim arasında diplomatik əlaqələrin dayandırılmasını istəyib.

Albanze sionist rejimin Qəzzə sakinlərinə qarşı davam edən hücumlarını pisləməklə yanaşı deyib: “Biz İsraili məcbur etməsək, öz dəliliyinə son qoymayacaq.”

Rəsmi olaraq “1967-ci ildən Fələstinin işğal olunmuş ərazilərində insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçi” vəzifəsini icra edən F. Albanze dünən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına da münasibət bildirib.

Beynəlxalq Ədalət Məhkəməsi sionist rejimə Rəfahdakı əməliyyatlarını dayandırmağı əmr edib. Bu hökm işğalçı rejim və onun amerikalı havadarları tərəfindən kəskin reaksiya ilə qarşılanıb.

Albanze X səhifəsində yazıb: “İcazə verin düzünü deyim. Beynəlxalq Ədalət Məhkəməsi İsrailə Rəfaha hücumunu dayandırmağı əmr etdiyi halda, İsrail ona qarşı hücumlarını gücləndirir.”
BMT-nin yüksək vəzifəli italyan diplomatı Qəzzədəki vəziyyəti "dəhşətli" adlandıraraq, sionist rejimə qarşı sanksiyaların tətbiq edilməsinə və BMT-nin üzvü olan ölkələrlə sionist rejim arasında əlaqələrin dayandırılmasına çağırış edib.

Sionist rejimin hərəkətlərini bu rejimin öz dəliliyini davam etdirməsi adlandıran və işğalçı rejimi dayandırmağın yolunu göstərən BMT məruzəçisi əlavə edib: “Üzv dövlətlər sanksiyalar, silah embarqosu tətbiq etməli və İsrail hücumlarını dayandırana qədər onunla diplomatik və siyasi əlaqələri dayandırmalıdır.”


976 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP