Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2024

Stoltenberq bu sözünə görə istefa versin - Salvini

NATO Baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə dair sözlərinə düzəliş etməli, üzr istəməli və ya istefa verməlidir.

Bunu İtaliyan Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini deyib.

"Stoltenberq ya düzəliş etsin, ya üzr istəsin, ya da istefa versin. Çünki o, müharibə haqqında, mənim adımdan “Liqa” və İtaliya xalqı adından Ukraynaya müdafiə üçün göndərdiyimiz bombaların, raketlərin və silahların onun ərazisindən kənarda öldürmək məqsədilə istifadəsi haqqında danışa bilməz", - o bildirib.

Qeyd edək ki, bundan öncə Y.Stoltenberq alyans ölkələrini Ukraynanın Qərb silahları ilə Rusiya ərazisindəki hədəflərə zərbə endirməsinə dair məhdudiyyətləri aradan qaldırmağa çağırıb.


938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP