Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2024

Yəmən ordusu Hind okeanı və Qırmızı dənizdə Amerikanın 3 gəmi və 2 kreysernə hücum edib

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bu gün (bazar ertəsi) Qırmızı dəniz və Hind okeanında Amerikanın iki döyüş kreysernə və üç gəmisinə qarşı üç əməliyyat keçirildiyini bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii bildirib: “İlk əməliyyatda Amerikanın LAREGO DESERT gəmisi Hind okeanında hədəfə alındı.”

Onun sözlərinə görə, Hind okeanında daha bir əməliyyatda İsrail gəmisi (MSC MECHELA) da hədəfə alınıb.

“MINERVA LISA adlı digər İsrail gəmisi də Qırmızı dənizdəki işğal olunmuş Fələstin limanlarına girişi qadağan edən qərarın pozulması səbəbindən hədəfə alındı” - deyə, o, əlavə edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin iki Amerika döyüş gəmisinin Qırmızı dənizdə hədəfə alındığını açıqlayıb.

Yəhya Sərii vurğulayıb: “Yəmənin dəniz, raket və hava qüvvələri əməliyyatları öz məqsədlərinə uğurla nail oldular.”

O, açıqlamasının davamında qeyd edib ki, Yəmən Silahlı Qüvvələri Qəzzədə Fələstin xalqına qarşı təcavüzün sona çatmasına və bu zolağın blokadası aradan qalxana qədər məzlum Fələstin xalqına dəstək məqsədilə öz əməliyyatlarını davam etdirəcək.


943 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP