Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2024

Oktyabrın 7-dən sonra İordan çayının qərb sahilində 8875 fələstinli saxlanılıb

Fələstinin Əsirlər və Azad Olunmuşların İşləri üzrə İdarəsi bu gün (bazar ertəsi) Əl-Əqsa Tufanı əməliyyatının başlamasından indiyədək İordan çayının qərb sahilində 8 min 875 fələstinlinin həbs edildiyini açıqlayıb.

İdarə işğalçı qüvvələrin son 24 saat ərzində İordan çayının qərb sahilində daha 14 fələstinlini həbs etdiyini bildirib.

Fələstinin hüquqi mənbələrinin məlumatına görə, oktyabrın 7-də Qəzzəyə qarşı müharibənin başlanmasından bəri İordan çayının qərb sahilində səkkiz mindən çox fələstinli sionist rejim tərəfindən həbs edilib.

Həmçinin Qəzzədə müharibə başlayandan bəri İordan çayının qərb sahilində 530-dan çox fələstinli İsrail işğalçılarının hücumlarında şəhid olub./irna/


1387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.03.25, 14:45
Allaha doğru düz yol
11.03.25, 09:30
İran qəbul etməyəcək
03.03.25, 08:55
Qusarda odunu 600 manata...
Go to TOP