Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2024

Tel-Əvivdə İsrail polisi ilə nümayişçilər arasında toqquşma

Xəbər mənbələri şənbə günü gecə İsrail polisinin Təl-Əvivdə israilli nümayişçilərə hücum etdiyini və güc tətbiq edərək onları dağıtmağa çalışdığını bildirib.

Nümayişçilər də polis qüvvələrini mühasirəyə alaraq Netanyahu hökumətinə qarşı şüarlar səsləndiriblər.

Sionist Radio və Televiziya Təşkilatı da Təl-Əvivdə 7 etirazçının polis tərəfindən həbs olunduğunu bildirib.

Bu xəbərə görə, bu nümayişdə israilli əsirlərdən birinin həyat yoldaşı "Ayla Metsajr" da polis tərəfindən yaralanıb.

Nümayişçilərin əsas tələbi Qəzzadakı müqavimətlə əsirlərin dərhal dəyişdirilməsi və onların ailə üzvlərinin azad edilməsidir.

Bir neçə saat əvvəl Qəzzadakı israilli əsirlərin ailələri Netanyahunun yenidən atəşkəs və əsir mübadiləsi üçün təqdim edilən yeni planı məğlub etməyə çalışmasından narahat olduqlarını bildiriblər.

Bu ailələr bəyanatda Netanyahunun Co Baydenin açıqladığı planla açıq şəkildə razılaşmalı olduğunu vurğulayıblar./irna/


683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP