Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2024

Təbriz əhalisi sionist rejimin cinayətlərinə etirazını bildirib

Təbrizdə cümə namaz iştirakçıları işğalçı sionist rejimə qarşı qəzəbli cümə günlərinin davamında möhtəşəm bir yürüş keçirməklə bu rüsvayçı rejimin cinayətlərinə, körpələri öldürülməsinə və təcavüzünə qarşı qəzəbini, Qəzzə və Fələstinin məzlum xalqına dəstək olduqlarını bəyan ediblər.

Təbrizlilər İmam Xomeyni müsəllasından bu şəhərin Saat meydanına qədər gedən yolda “İsrailə ölüm”, “Amerikaya ölüm”, “İsrail məğlubdu, Fələstin qalibdi”, “Xeybər Xeyber və ya sehyon” və “Ey müsəlmanlar, birləşin” şüarlarını səsləndirməklə, sionist rejim ordusunun vəhşi hücumlarına qarşı məzlum Qəzzə xalqının müqavimətini dəstəkləyiblər, xəbis rejim tərəfindən qadınların, uşaqların və Qəzzənin müdafiəsiz əhalisinin öldürülməsindən qəzəb və ikrahlarını ifadə ediblər./irna/


337 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP