Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2024

Netanyahu administrasiyasının rəisi müharibə nazirinin işdən çıxarılmasını tələb etdi

Müxalifət "Haredi" güzəşt qanununu tənqid etdi

Sionist rejimin baş naziri Benyamin Netanyahunun administrasiyasının rəhbəri bu rejimin müharibə nazirinin işdən çıxarılmasını tələb edib.

Netanyahunun administrasiyasının rəhbəri Tsahi Braverman, bu rejimin müharibə naziri Yoav Qalantın Haredimləri (dini pravoslav) məcburi hərbi xidmətdən azad edən qanuna səs verməməsindən sonra onu “rüsvayçı” biri kimi qələmə verib və işdən çıxarılmasını tələb edib.

Sionist rejimin Knessetində Netanyahunun kabinetini dəstəkləyən koalisiya çərşənbə axşamı səhər Haredimiləri məcburi hərbi xidmətdən azad edən qanunu təsdiqləyib.

İsrailin Ordu Radiosu bildirib: “(Müharibə) naziri Yoav Qalantın etirazına baxmayaraq, Knesset Haredimləri azad edən qanun layihəsini 120 üzvdən 63 səs çoxluğu ilə təsdiqləyib.

Bu hesabata əsasən, 57 nümayəndə də bu qanun layihəsinin əleyhinə səs verib.


197 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP