Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2024

Orbani: Regionumuzda üç ölkə müharibəyə doğru gedir

14 İyun 17:33 393 12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanı silahla təmin etmək üçün Polşa, Slovakiya və Rumıniyada - NATO ərazisində üç böyük hərbi baza tikiləcək.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Macarıstan lideri bəyan edib ki, Rusiya bu bazaları birbaşa təhdid kimi görəcək, nəticədə hərbi hədəfə çevriləcəklər:

“NATO Ukraynada qondarma NATO missiyası yaratmaq istəyir. Bu o deməkdir ki, NATO Ukraynaya silah nəqlinin koordinasiyasını öz üzərinə götürəcək. Ukraynanı silahla təmin etmək üçün Polşa, Slovakiya və Rumıniyada - NATO ərazisində üç böyük hərbi baza tikəcəklər”.

Orban vurğulayıb ki, Macarıstan nə ərazisindən istifadəyə icazə verəcək, nə də silah tədarükünü dəstəkləyəcək:

“Regionumuzda üç ölkə müharibəyə doğru gedir. Polyaklar və rumınlar əzmlə irəlilədikləri halda, slovaklar ehtiyatlı davranırlar. Bundan qətiyyətlə kənarda qalacağıq”.

Baş nazir deyib ki, Macarıstan təcili əyləci çəkib və müharibəyə gedən qatardan düşüb: “Bu qatarı dayandırmaq olar. Avropa Parlamentinə seçkilərin nəticələri bu qatarın sürət qazanmasının qarşısını almaq üçün yaxşı fürsətdir”.


774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP