Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2024

Szinpindən Leyenə: ABŞ-ın tələsinə düşmədik...

2023-cü ilin aprelində Çin lideri Si Szinpin Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə ABŞ-ın Pekini Tayvana hücuma təhrik etdiyini deyib.

Bu barədə “Faynenşl Tayms” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Çin lideri 2023-cü ilin aprelində Avropa Komissiyasının rəhbəri ilə görüşdə Vaşinqtonun Pekini adaya hücum etmək üçün aldatmağa çalışdığını, ABŞ-ın tələsinə düşmədiklərini söyləyib.

Çinin Vaşinqtondakı səfirliyi Szinpinin bəyanatı ilə bağlı açıqlama verməyib, lakin ABŞ-ın Tayvana silah satdığını və adadakı “separatçı qüvvələri” dəstəklədiyini qeyd edib.

Ursula fon der Leyenin nümayəndəsi AK rəhbərinin şəxsi görüşlər barədə məlumat vermədiyini bildirib.

Ağ Ev də məsələ ilə bağlı açıqlama verməyib.


771 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP