Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyun 2024

Yəmən ordusu İsrailə gedən iki gəmini batırıb

Yəmən silahlı qüvvələrinin sözçüsü briqadir Yəhya Səri şənbə günü gecə işğal altındakı Fələstinə gedən iki gəmiyə hücumu elan edərkən deyib ki, bu, mübarək Qurban bayramı münasibətilə Fələstin mücahidlərinə hədiyyəmizdir.

Səri əlavə edib: İlk əməliyyatda Yəmən ordusunun bir neçə raketi ilə hədəfə alınan "Verbena" gəmisi Ədən körfəzində batıb.

O əlavə edib: Pilotsuz təyyarə və bir neçə ballistik raketlə hədəfə alınan TUTOR gəmisi yaxın saatlarda batmaq təhlükəsi ilə üz-üzədir.

Səri bildirib ki, son 72 saat ərzində işğal olunmuş Fələstinin limanlarına giriş embarqosu səbəbindən Yəmən ordusunun hücumuna məruz qalan gəmilərin aqibəti batmaq olacaq.

Yəmən ordusunun sözçüsü aydınlıq gətirib: Yəmən silahlı qüvvələrinin Qurban bayramı münasibəti ilə həyata keçirilən bu əməliyyatı Qəzzədəki mücahid qardaşlara və Fələstin xalqının bütün azad xalqına hədiyyəsidir.

Briqadir Səri deyib: Yəmən silahlı qüvvələri bir daha bütün şirkətləri düşmən İsrail ilə iş görmək, eləcə də gəmilərinin işğal olunmuş Fələstinin limanlarına getməsinin nəticələri barədə xəbərdarlıq edir./irna/


738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP