Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2024

Sionist rejim ordusunun sözçüsü: HƏMAS-ın məhv edilməsindən danışmaq aldatmaqdır

Sionist rejim ordusunun sözçüsü bu rejimin HƏMAS-ı məhv etməkdə acizliyini etiraf edib və bu hərəkatın məhv edilməsi ilə bağlı söhbətləri hiylə adlandırıb.

Sionist rejim ordusunun sözçüsü Daniel Hacari bu gün (çərşənbə) bəyan edib ki, əgər siyasi səviyyə HƏMAS-a alternativ tapmasa, o zaman bu hərəkat qalacaq.

“HƏMAS xalqın qəlbində olan bir partiya və ideyadır. Bunu insanların qəlbindən silə biləcəyimizi düşünən hər kəs yanılır” - deyə, o, bildirib.

Sionist rejim ordusunun sözçüsü bu rejimin Qəzzə zolağı ilə müharibənin məqsədlərinə nail ola bilməməsinə baxmayaraq iddia edib ki, biz Rəfahdakı HƏMAS batalyonlarını məhv etməyə yaxınıq.

Hacari həmçinin Hizbullahın “Hüdhüd” pilotsuz uçan aparatı ilə Hayfa limanında sionist rejimin mühüm bazalarının uğurla çəkilişini aparması haqda deyib: “Vətəndaşların həyatını qorumaq üçün Hizbullahın pilotsuz təyyarəsini vurmadıq.”


1011 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP