Şrift ölçüsü:
A+
A
A-
Kr
22 İyun 2024

Quranı yandıran şəxs öldürüldü

Quranı yandırdığı deyilən şəxs yandırılaraq qətlə yetirilib.

Hadisə Pakistanda baş verib.

Yerli KİV-lərdə gedən xəbərlərə görə, Pakistanda iyunun 20-də axşam saatlarında Quranı yandıran şəxs ətrafa toplaşan insanlar tərəfindən döyülüb. Hadisə yerinə gələn polislərin müdaxiləsindən sonra həmin şəxs ərazidən uzaqlaşdırılıb və polis idarəsinə aparılıb. Xəbərdə həmin şəxsin turist olduğu da qeyd edilib.

Polis idarəsinin yaydığı məlumatda deyilir ki, təhlükəsizlik qüvvələri qəzəbli kütləni dağıtmaq üçün havaya xəbərdarlıq atəşi açıb. Ancaq bu, qəzəbli izdihamı daha da qıcıqlandırıb. Polis idarəsinə hücum edən izdiham həmin şəxsi polis idarəsindən çıxarıb. Daha sonra onu taxta dəyənəklərlə döydükdən sonra yandırıblar.


1316 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP