Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2024

Sionist rəsmi: İranlılar İsrailin məhv edilməsi ilə bağlı zarafat etmirlər

Sionist rejim hərbi hava qüvvələrinin strateji bölməsinin rəisi İranın dinc nüvə texnologiyasına malik olmasını bu rejimin ən mühüm problemi hesab etməklə yanaşı, etiraf edib ki, iranlılar İsraili məhv etmək istədiklərini deyəndə zarafat etmirlər.

Sionist rejim hərbi hava qüvvələrinin strateji bölməsinin rəisi deyib: “Qəzzə müharibəsindən səkkiz aydan çox keçməsinə baxmayaraq, biz HƏMAS-ın imkanlarının yalnız 35-40%-ni məhv edə bilmişik.”

O, əlavə edib: “HƏMAS üzləşdiyimiz ümumi təhdidlərin 7-10%-ni təşkil edir.”

Bu sionist hərbi məmur vurğulayıb: “İranlılar İsraili məhv etmək istədiklərini deyəndə zarafat etmirlər. Nüvəli İran üzləşdiyimiz ən mühüm problemlərdən biridir.”

“Əl-Cəzirə” telekanalından yayımlanan çıxışının başqa bir hissəsində o, deyib ki, Yəmən Ənsarullahı nəinki İsrail rejimi üçün təhlükə hesab olunur, hətta onların 35 mindən çoxu bu rejimə qarşı döyüşmək istəyir.”


1686 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP