Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2024

BMT müxbiri: Smotriç Fələstin soyqırımının təşkilatçısıdır

BMT-nin Fələstin işləri üzrə məruzəçisi bəyanatında bildirib ki, sionist rejimin ifratçı maliyyə naziri Bezalel Smotriç Fələstin soyqırımının təşkilatçısıdır.

Françiska Albaneze X (keçmiş Twitter) sosial şəbəkəsində mesajında yazıb: Beynəlxalq Cinayət Məhkəməsinə qarşı böyük siyasi təzyiqlərə baxmayaraq, mən həqiqətən də başa düşə bilmirəm ki, Məhkəmənin prokuroru niyə hələ də İsrailin (rejimin) Fələstinlilərə qarşı soyqırım siyasətinin əsas beyni olan bu adam (Smotriç) haqqında həbs qərarı çıxarmayıb?

Sionist media xəbər verib ki, İsrail rejiminin təhlükəsizlik kabineti cümə axşamı günü bu rejimin maliyyə naziri Bezalel Smotriçin təklifləri ilə Fələstin dövlətinin tanınması, Fələstin muxtariyyətinin rəsmilərinə sanksiya tətbiq edilməsi və həmçinin İordan çayının qərb sahilindəki beş sionist məskunlaşma mərkəzinə legitimlik verməyə razılaşıb.


853 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP