Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2024

General Hacızadə: Biz sona qədər Fələstin xalqının yanındayıq

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Qəzza şəhidlərinin ailələri ilə görüşüb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Qəzza şəhidlərinin bəzisinin ailələri ilə görüşdə deyib: Biz sona qədər möhkəm şəkildə sizin yanınızdayıq və əziz fələstinlilərə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik.

General Əmir Əli Hacızadə Qəzza şəhidlərinin bəzisinin ailələri ilə görüşdə deyib: Fələstində, Livanda və digər yerlərdə əzizlərimizin silahlarından aydın olduğu kimi, əslində onlar İran vasitəsilə dəstəklənir və qidalanırlar və əlimizdən gələn heç bir şeyi əsirgəmədik və əsirgəməyəcəyik.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı əlavə edib: Biz bacardığımız hər sahədə müqavimətin və Fələstin xalqının yanındayıq və olacağıq. İnqilabın ali liderinin dediyi kimi, Fələstin xalqı mütləq qalibdir. Dözümlülüyünüz və müqavimətiniz həqiqətən təsvirolunmazdır. Aranızda 30-40-a qədər şəhid verənlər var ki, bu qeyri-fələstinlilər üçün anlaşılmazdır və müqavimətiniz və müvəffəqiyyətiniz mübarək olsun.


968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP