Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2024

Rəfahda ölümcül pusqular sionistlərə baha başa gəlir

Fələstin müqavimət qrupları Qəzza zolağında işğalçılarla qarşıdurmanı davam etdirərək, sionist rejimin təcavüzkar əsgərlərinə ölümcül zərbələr endiriblər.

Fəth Hərəkatının hərbi qanadı olan Əl-Əqsa Şəhidləri Taborları sionist rejimin Rəfah şəhərinin “Əs-Suveydiyyə” kəndi istiqamətində raket hücumları barədə məlumat yayıb.

Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Səraya əl-Qüds də Qəzza şəhərinin şərqindəki Əş-Şücaiyyə məhəlləsində sionist rejimin qüvvə və texnikasını atəşə tutduqlarını açıqlayıb.

Qəzza şəhərinin “Səlahəddin” bölgəsində və “Əs-Səudi” məhəlləsində və Rəfahın “Əş-Şaburə” düşərgəsində də müqavimət qüvvələri işğalçı qüvvələrlə toqquşub, onlardan bir neçəsini öldürüb və ya yaralayıb.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan “Şəhid İzzədin Əl-Qəssam” Taboru da Rəfah şəhərinin şərqində işğalçı əsgərləri uğurla pusquya saldığını və düşmənin canlı qüvvəsinin itki verdiyini açıqlayıb.

Əl-Qəssam bir bəyanatda sionist düşmənin bir qrup hərbiçisini Rəfah şəhərinin şərqində bir binaya çəkdiyini və onu partlatdığını elan edib.


987 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP