Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2024

Ali Məhkəmədən Donad Trampla bağlı qərar

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı irəli sürülmüş ittihamlarla bağlı toxunulmazlıq hüququndan istifadə edə bilər.

Bu barədə ABŞ Ali Məhkəməsi qərar qəbul edib.

Bildirilir ki, keçmiş prezident addımları ilə bağlı tam toxunulmazlığa malikdir, lakin bu, qeyri-rəsmi addımlara şamil edilməyəcək. Qərar 6 lehinə və 3 əleyhinə səs olmaqla qəbul edilib.

Bu qanun Donald Trampın 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək istəyi ilə bağlı ona qarşı qaldırılmış ittihamı üzərindən götürəcək və onun digər cinayət işlərinə də təsir edəcək.

Məhkəmənin qərarı faktiki olaraq bu ilin fevralında Federal Apellyasiya Məhkəməsinin Trampla bağlı qərarını rədd edir. Həmin qərara əsasən, Tramp ABŞ-ın indiki prezidenti Co Baydenin 2020-ci il seçkilərindəki qələbəsini ləğv etmək üçün törətdiyi cinayətlə bağlı toxunulmazlıq hüququna istinad edə bilməz.


966 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP