Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2024

Yəmən Silahlı Qüvvələri: Təl-Əviv bundan sonra amanda deyil

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Təl-Əvivin (Yaffa) hazırda amanda olmadığını və ölkənin silahlarının əsas hədəfinin olduğunu açıqlayıb.

General-mayor Yəhya Sərii Təl-Əvivdə pilotsuz təyyarə əməliyyatına görə məsuliyyəti öz üzərinə götürən bəyanatda əlavə edib: “Yəmən Silahlı Qüvvələrinin pilotsuz təyyarə bölməsi İsrailin Təl-Əviv adlandırdığı işğal altındakı Yaffa bölgəsində mühüm hədəfə hücum edib.”

“Bu əməliyyat “Yaffa” adlı radardan qaçan pilotsuz təyyarə vasitəsilə həyata keçirilib və əvvəlcədən müəyyən edilmiş məqsədlərə uğurla nail olunub” - deyə, Sərii qeyd edib.

Yəhya Sərii vurğulayıb: “Yəmən Silahlı Qüvvələri işğal olunmuş Yaffa bölgəsini təhlükəli ərazi elan edir. Bu ərazi əsas hədəflərdən biridir və Yəmən silahlarının nişangahındadır. Öz səylərini sionist düşmənin dərinliklərini hədəf almağa yönəldir.”


2816 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP