Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2024

Sionist analitik: İsraillilər İranın hücumundan qorxduqları üçün evdə yatmırlar

Sionist analitik İranın cavabından qorxduqları üçün sionistlərin gündəlik həyatlarının pozulmasından xəbər verib və bildirib ki, onlar evlərində belə yatmırlar.

Sionist “Yediot Aharnot” qəzetinin analitiki Sima Kadmon təhlilində yazıb: “Fars körfəzi müharibəsi zamanı bir araşdırma göstərdi ki, Təl-Əviv sakinlərinin 44%-i gecələr evdə yatmayıb.”

O, sionistlərin HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyənin terror edilməsinə İranın cavabını gözlədiklərinə işarə edərək bildirb: “Əgər indi gecələri evlərində yatmayan israillilərin sayı ilə bağlı araşdırma aparılsa, onların sayı 44%-dən xeyli çox olacaq.”

Bu sionist jurnalist Livan Hizbullahından qorxduğu üçün işğal olunmuş ərazilərin şimalındakı qəsəbələrin tamamilə boşaldılmasına diqqət çəkərək qeyd edib ki, bütün şimal (Livan sərhədində) boşaldıldı; otellər cənubdan (Qəzzə sərhəddindən) gələn qaçqınlarla doludur, hava limanları İsraili tərk etmək istəyən sərnişinlərlə doludur və bu vəziyyətə baxmayaraq, heç kim özünü günahkar hiss etmir və utanmır!


1734 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.24, 09:34
Bakıda ata və oğul...
02.12.24, 09:58
Rusiya bu əraziləri tutdu
27.11.24, 09:30
Oğuzda qadın intihar edib
Go to TOP