Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2024

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sumqayıtda 40 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisə 12-ci mikrorayonda keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyal Əli oğlu Xiyalıyev münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Döş qəfəsinin və bazunun kəsilmiş-deşilmiş yaraları ilə diaqnoz qoyulan pasiyent reanimasiya şöbəsinə yerləşdirilib.


2769 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP