Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Sentyabr 2024

HƏMAS: İordan çayının qərb sahilində hərbi əməliyyatların davam etdirilməsi soyqırımdır

İslami Müqavimət Hərəkatı HƏMAS bildirib ki, işğalçıların İordan çayının qərb sahili şəhərlərinə qarşı davam edən təcavüzü sionist rejim kabinetinin Qəzzə və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı soyqırımının bir hissəsidir.

HƏMAS-ın yaydığı bəyanatın davamında vurğulanır: “İordan çayının qərb sahilində, xüsusilə Cenin və Tulkərmdə hərbi terror əməliyyatlarının davam etdirilməsi, Tubas şəhərinin cənubundakı Əl-Faria düşərgəsinə növbəti hücum, dron və raket yağdırılması və bu hücumun ardından 5 vətəndaşın şəhid olması, bu düşərgədə 1 fələstinli uşağın işğalçı rejimin snayper gülləsi ilə şəhid olması müharibə cinayətləri hesab edilir. Bu müharibə cinayətləri radikal sionist kabinetin Qəzzə və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı başlatdığı soyqırımı kontekstində həyata keçirilir və onun məqsədi fələstinliləri öz torpaqlarından qovmaq və Fələstin məsələsinin yekun həllinə nail olmaqdır.”

“Bu dəhşətli və davamlı cinayətlər, o cümlədən qətl, terror və fələstinlilərin mülklərinin dağıdılması heç vaxt İordan çayının qərb sahilində Fələstin xalqının iradəsini qırmağa və müqavimətin Fələstin xalqını və onların məsələsini müdafiə etməkdə rol oynamasına mane olmayacaq” - deyə, bəyanatda qeyd olunur.


3462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP