Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2024

General-mayor Salami: 12 İsrail gəmisini vurduq

Gəmiçilik marşrutunun asayişini təmin etdik

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı deyib: Sionist rejim Qırmızı və Aralıq dənizlərində bizim 14 gəmimizi vurdu ki, neft ixrac edə bilməyək. Biz də onların 12 gəmisini vurduq. Beşinci gəmini vuranda onlar əllərini qaldırdılar ki, gəmilər döyüşünü dayandırın.

General-mayor Hüseyn Səlami şənbə günü sentyabrın 7-si prezidentin Xatəmül-Ənbiya (s) quruculuq qərargahına səfəri zamanı deyib: Onlar Qırmızı və Aralıq dənizlərində bizim 14 gəmimizə hücum etdilər ki, neftimizi ixrac edə bilməyək. Sionist rejim bunu çox müəmmalı və qeyri-müəyyən formada etdi və biz də onların 12 gəmisini vurduq. Beşinci gəmini vuranda əllərini qaldırıb dedilər ki, gəmilər döyüşünü dayandıracağıq.

O, əlavə etdi: Biz ağır böhran içindəydik, general Süleymanini terror etmişdilər, Ukrayna təyyarəsi qəzaya uğramışdı, korona virusu ortaya çıxmışdı, onlar mümkün olan maksimum dərəcədə iqtisadi sanksiyalar tətbiq edir və bizi tamamilə təcrid etməyə çalışırdılar. Biz İnqilab Keşikçiləri olaraq caydırıcı və maneə əməliyyatı keçirməli idik; Dəniz döyüşlərində gəmiçilik marşrutunun asayişini təmin etdik. Embarqo tətbiq baxımından pozuldu, Koronada insanları idarə etdik, peyvənd istehsal etdik və müalicə üçün bütün imkanları təmin etdik.

O, bildirdi: Bu gün həyata keçirilən 380 nəhəng milli planın heç biri, hətta çarxları da səngimir. Xaricdən də təkfirçiləri cilovladıq; terrorizm yayılsaydı, onun mərkəzi nöqtəsi İran olacaqdı. Düşmənin açdığı bütün yolları bağlaya bildik. Bu gün ən təhlükəsiz daşıma marşrutu İran bayrağının dalğalandığı gəmilərə məxsusdur.


1917 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP