Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2024

BMT: Qəzzalılar dünya üzrə aclıqdan əziyyət çəkən əhalinin 80%-ni təşkil edir

Birləşmiş Millətlər Təşkilatının qida hüququ üzrə xüsusi məruzəçisi hesabatında bildirib ki, təxminən 2023-cü ilin dekabrında Qəzza zolağının sakinləri dünya üzrə aclıqdan əziyyət çəkən əhalinin 80%-ni təşkil edir və müharibələr tarixində bir xalqın bu sürətlə qıtlıqdan, aclıqdan əziyyət çəkməsinə dair heç bir məlumat yoxdur.

Maykl Fəxri BMT Baş Assambleyasına təqdim etdiyi hesabatda deyib: Qəzza zolağının sakinlərinin aclığı müharibənin ikinci günündən başlayıb.

O əlavə edib: Qəzza zolağına daxil olan məhdud yardımlar əsasən mərkəzi və cənub bölgələrinə göndərilib, halbuki İsrail rejimi Qəzza zolağının sakinlərinə şimal bölgələrə köçməyi əmr etmişdi.

Fəxri əlavə edib: Təxminən 2023-cü ilin dekabrında Qəzza zolağının sakinləri dünya üzrə aclıqdan əziyyət çəkən əhalinin 80%-ni təşkil edib.

BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi qeyd edib: “Müharibələr tarixində bir xalqın bu sürətlə qıtlıq və aclıqdan əziyyət çəkməsinə dair heç bir göstərici yoxdur və bu bölgədə 2,3 milyon fələstinlinin başına gələnlər misilsizdir”./irna/


2152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP