Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2024

“Belarus ərazisinə hücum Üçüncü Dünya Müharibəsinə səbəb olacaq” - Lukaşenko

“Belarus ərazisinə hücum Üçüncü Dünya Müharibəsinə səbəb olacaq”.

Bunu Belarus lideri Aleksandr Lukaşenko Milli Birlik Günü üçün təşkil edilən proqramda çıxış edərkən deyib.

O, Belarusun sülhün tərəfdarı olduğunu və olmağa davam etdiyini bildirib. Çoxqütblülük və müxtəliflik ideyasını müdafiə etməyə davam etdiklərini qeyd edən Lukaşenko, sözlərinə bu cür davam edib: "Kimin çoxqütblülüyün əleyhinə olduğunu bilirsiniz. Ancaq bunun qarşısı artıq alına bilməz. Biz qlobal təhlükəsizlik böhranından mütləq çıxış yolu tapacağıq. Çünki ən yaxın müttəfiqlərimiz və bir çox ölkə bizimlə birlikdədir".

Müharibə istəmədiklərini vurğulayan Lukaşenko qonşu dövlətlərdə sülhün hökm sürəcəyinə inandıqlarını, xalqların harmoniya və dostluq içində yaşayacağı bir günün gələcəyinə inandıqlarını bildirib.

Lukaşenko bəyan edib ki, belə bir dünya qurmaq üçün hər şeyi edirlər. Dinc yanaşmaların zəiflik əlaməti olmadığına diqqət çəkən Lukaşenko xarici təcavüzə hər zamankından daha çox cavab verə biləcəklərini də ifadə edib.


1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP