Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Sentyabr 2024

Əbdülməlik əl-Husi: Yəmənin Fələstin xalqını dəstəkləməkdə mövqeyi güclü və sabitdir

Yəmən inqilabının lideri Seyid Əbdülməlik əl-Husi keçən gün deyib: “Fələstin xalqını dəstəkləməkdə bizim mövqeyimiz aydın, açıq, güclü və sabitdir.”

Seyid Əbdülməlik əl-Husi bu şənbə günü Yəməndə 21 sentyabr inqilabının ildönümü və Əl-Əqsa Tufanı əməliyyatı ilə bağlı hadisələrə aid çıxışında deyib: “Amerika bu inqilabdan ən böyük itkisini Yəmən ölkəsinə tam nəzarət etmək və onun sərvətlərini istismar etmək hərisliyinə görə verdi.” Seyid Əbdülməlik əl-Husi əlavə edib: “Amerika, İsrail və onların havadarları ötən illərdə Yəmən xalqına qarşı təcavüzə başladılar. İşğalçılar ən ağır cinayətləri törətdilər və xalqımızı tamamilə mühasirəyə aldılar.” “Amerika öz təcavüzkarlığı ilə rıçaqları vasitəsilə növbəti dəfə ölkəmizə hakim olmağa çalışdı, lakin düşmənlər bu yolda uğursuzluğa düçar oldular” - deyə, o, bildirib. Seyid Əbdülməlik əl-Husi deyib: “Yəmən xalqının bütün hadisələrə, çətinliklərə, təhlükələrə və sui-qəsdlərə rəğmən Fələstin xalqına yardım etməkdə mövqeyi aydın, sabit, açıq və güclüdür.” Ənsarullah lideri qeyd edib ki, dəyərli xalqımız təcavüzkar koalisiyanın dəhşətli cinayətlərinə və ağır mühasirəsinə baxmayaraq, Fələstin xalqını dəstəkləmək kimi əsas məsələyə sadiq qalmaqda heç vaxt qüsura yol verməyib. Yəmən inqilabının lideri deyib: “Xalqımızın son illərdəki mövqeyi və uca səsi Fələstin xalqının yanında olduğunu vurğulayıb.”


1888 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.10.24, 11:06
Hərbçimiz vəfat etdi
02.10.24, 11:34
Qəlbi islah etməyin yolu
Go to TOP